PDF Oxu

Siyasət

  • 26

Oqtay Əsədov: "Kristofer Smitin təqdim etdiyi layihə Konqresdən keçməyəcək"

Oqtay Əsədov: "Kristofer Smitin təqdim etdiyi layihə Konqresdən keçməyəcək"

"Mənə yarım saat öncə göstərdilər ki, ermənilərin ən radikal diaspor rəhbərlərindən Aram Hambaryan "Twitter" səhifəsində Kristofer Smitlə Amerika konqresində çəkilən şəklini qoyub və qeyd edib ki, onun işini dəstəkləmək üçün ABŞ Konqresində görüşlər keçirir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov Parlamentin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Helsinki Komissiyasının sədri, ermənipərəst Kristofer Smitin ABŞ Konqresinə erməni lobbisinin maraqları üçün göndərdiyi sərsəm sənədi jurnalistlərin şok hadisə kimi təqdim etməsi təəssüf doğurur: "Çox əfsuslar olsun ki, bir çox jurnalistlərimiz bunu şok hadisə kimi yazıblar. Bu, Konqresə aid olmayan bir qrupun yazdığı məsələdir. Burada şok hadisə yoxdur. Bunu şişirtmək və insanlar arasında yaymaq səhvdir".Spiker bildirib ki, bu sənəd konqresdə qəbul olunmayacaq: "Əminəm ki, ermənipərəst Kristofer Smitin təqdim etdiyi layihə Konqresdən keçməyəcək. Bunun indiki vaxta salınması da təsadüfi deyil. Məlumdur ki, Azərbaycanda hər il bu vaxtlar əfv fərmanı verilir. Onlar bizə təsir etməyə çalışırlar ki, guya bunların təkidi ilə kimlərsə azadlığa buraxılır. Hesab edirəm ki, buna çox böyük diqqət verməməliyik. Bu Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir? Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistlərə açıqlama verməlidir".

sia.az

Digər xəbərlər