PDF Oxu

Siyasət

  • 14

Aydın Mirzəzadə: “Yaqland səlahiyyətlərini aşıb” AÇIQLAMA

Aydın Mirzəzadə: “Yaqland səlahiyyətlərini aşıb” AÇIQLAMA

"Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi beynəlxalq aləmdə məyyən dairələrin maraqlarına xidmət etmir. Onlar Azərbaycanı bugünkü Liviya, Ukrayna, Yəmən kimi problemli görüb onun təbii sərvətlərindən, geosiyasi şəraitindən yararlanmaq istəyərdilər. Söhbət Azərbaycanda insan hüquqlarının müdafiəsindən getmir. Əksinə gələcəkdə Azərbaycan üçün bu pərdə altında böyük problemlər yaratmaqdan, onu xarici müəyyən dairələrin təsiri altında saxlamaq cəhdindən gedir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın Azərbaycanla bağlı qərəzli fikirlərinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, vaxtaşırı Azərbaycana qarşı edilən bu hücumlar da məhz bundan yararlanır: "Xaricdə müəyyən anti Azərbaycan mərkəzlər var ki, məxsusi olaraq bu fəaliyyətlə məşğuldurlar. Bu gün Azərbaycan demokratik hüquqi dövlət kimi təşəkkül tapıb, vətəndaşlarının hüquqları yüksək səviyyədə qorunur, ölkədə stabillik və təhlükəsizlik mühiti vardır. Bununla belə, ölkəmizdə sahibkarlığın inkişafı üçün maksimum səylər göstərilir. Azərbaycan beynəlxalq aləmdə mehriban qonşuluq və dostluq siyasəti yeridir. Təbii ki, dövlətimiz özünün qalxan nüfuzunu bundan sonra da öz fəaliyyəti ilə daima artıracaq. Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın Azərbaycana qarşı münasibəti daima qərəzli olub. Artıq belə bir təəssürat yaranır ki, bu şəxs Avropa Şurasının Azərbaycana qarşı qərəzli siyasət aparması üçün seçilmiş bir baş katibdir".A.Mirzəzadə əlavə edib ki, Baş katib özünün səlahiyyəti çərçivəsindən kənara çıxıb: "Azərbaycan monitorinq prosesindədir və ölkəmixzin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə riayət etməsini xüsusi məruzəçilər müəyyənləşdirir. Amma Baş katibin öz işini ataraq Azərbaycanla xüsusi məşğul olması ən əsası isə əvvəldən ölkəmizə qarşı ittihamlar irəli sürməsi əslində onun diplomatik etikanı kobud surətdə pozmasıdır. Əlbəttə ki, Azərbaycan buna öz etirazını bildirib və heç bir pərdə altında ölkəmizin daxili işlərinə qarışmaq, yol göstərmək cəhdlərinə rəvac verməyəcək. Bir şeyi yaddan çıxarmaq olmaz ki, Azərbaycan Avropa Şurasının siyasətini müəyyənləşdirən 48 ölkədən biridir. Heç kəsin Azərbaycana nə cür siyasət yeritməsini xüsusi olaraq öyrətməsinə ehtiyac yoxdur".

sia.az

Digər xəbərlər