PDF Oxu

Siyasət

  • 21

"Freedom House" ələkçinin qılverəni rolunda...

"Freedom House" ələkçinin qılverəni rolunda...

"Azərbaycanla münasibətləri korlamaq ABŞ-ın nüfuzunu sıfıra endirəcək"

ABŞ Konqresinin Helsinki Komissiyasının Azərbaycan hökumətinə qarşı sanksiyalar nəzərdə tutan qanun layihə hazırlaması dövlətimizə qarşı ənənəvi qərəzin, qeyri-obyektiv münasibətin, düşmənçilik siyasətinin tərkib hissəsidir. Şübhəsiz ki, zaman-zaman Azərbaycana qarşı qərəzli, ikiüzlü dinləmələrlə, layihələrlə gündəmə gələn Helsinki Komissiyasının bu addımı da gözlənilən idi. Eyni zamanda, erməni diasporasının, ermənipərəst qüvvələrin, türk-müsəlman düşmənlərinin bu məsələdə rolu az deyildir. Azərbaycanın inkişafına, həyata keçirdiyi layihələrə, müəyyənləşdirdiyi strategiyaya kölgə salmaq üçün bu qüvvələr gecə-gündüz çirkin kampaniyalar üzərində işləyirlər. Nəzərə alsaq ki, Ermənistanda xalq böyük sosial problemlər məngənəsində məhv olur, o zaman xaricdə yaşayan erməni oliqarxların, mafioz qruplaşmalarının öz xalqına deyil, məhz azərbaycanlıların ləkələnməsi üçün milyonlar, hətta milyardlar xərclənməsi bir daha sübut edir ki, bu gün dünyada bir cəbhə var: o da türkə, müsəlmana zərbə vurmaqdır, bu ölkələrdə gedən demokratik işləri əngəlləməkdir. Təbii biz bu qərəzlə ilk dəfə rastlşmırıq. Son 20 ili götürsək, Qərb dairələrinin Azərbyacana qarşı sərgilədiyi mövqe göz qabağındadır. Hətta ölkəmizə olan düşmənçilik onları fakt qarşısında da aciz qoyur. Məsələn, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi Qərbin acizliyinin, ikiüzlülüyünün, saxtakarlığının, terrorizmə dəstək verdiyinin bariz nümunəsidir.

Helsinki Komissiyasının məlum layihəsinə qahmar çıxanlar da az olmadı. Məsələn, bu layihənin Konqresdə müzakirəyə çıxarılıb qəbul edilməsinə bütün ciddi-cəhdlə çalışan "demokratiya" üzrə fəaliyyət göstərən "Freedom House" təşkilatı artıq səsini çıxarmışdır. Belə ki, "Freedom House" Azərbaycan rəsmilərinə qarşı ABŞ sanksiyalarını nəzərdə tutan qanun layihəsini müdafiə etdiyini bəyan edib. Bu təşkilat yaydığı bəyanatda Azərbaycanla bağlı "qisasa qisas" ifadəsini işlədir və bununla ölkəmizə olan çirkin niyyətləri bir daha büruzə verirlər. Bəs bu, hansı qisasdır? Yəqin ki, bunu özlərindən başqa heç kim bilmir. Yox əgər, onlar demokratiyamıza, ədalətli mövqeyimizə, haqlı addımlarımıza görə bizdən qisas almaq istəyirlərsə, o zaman bu da gözlərində qalacaq.

Politoloq Vüqar Əsgərov "SƏS" qəzetinə açıqlamasında Helsinki Komissiyasının Azərbaycanla bağlı hazırladığı layihəyə münasibət bildirərkən qeyd edib ki, Helsinki Komissiyasının mövqeyinin dəstəklənəcəyi şübhə doğurur: "ABŞ bu riskə getməz. Azərbaycanla münasibətləri korlamaq heç bir dövlətə başucalığı gətirməz. Eyni zamanda, ABŞ kimi dünyanın böyük güclərindən birinini belə bir yersiz addım atması beynəlxalq aləmdə ABŞ-a olan etimadı sıfıra endirə bilər. Bu çox həssas məsələdir, ABŞ ciddi şəkildə düşünməlidir, bu qanun layihəsini rədd etməlidir, ölkəmizə qarşı ədalətsiz mövqeyindən çəkinməlidir. Əks halda bu məsələdə ən çox uduzan ABŞ olacaq, Azərbaycan heç nə itirməyəcək".

Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini "qəbuledilməz" adlandırıb.

Samir

Digər xəbərlər