PDF Oxu

Siyasət

  • 33

ATƏT-in formatı dəyişdirilə bilər

ATƏT-in formatı dəyişdirilə bilər

1994-cu ildən bu günə qədər ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzəri cəlb edən mexanizm ortaya qoya bilməyib. Bu da həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili yanaşması kimi dəyərləndirilir. Politoloq Elşad Mirbəşiroğlu bizimlə söhbətində vurğuladı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı ölkə olan Ermənistanı himayə edir: "ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin Ermənistana dəstək verməsi göz qabağındadır. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan, bu günə qədər Ermənistana qarşılıqsız hərbi yardım etməsi, hərtərəfli siyasi dəstək göstərməsi buna misal ola bilər. Eyni zamanda, heç vaxt ermənipərəst mövqeyini gizlətməyən Fransa da Ermənistana siyasi iqtisadi dəstək verib. Digər tərəfdən, ABŞ-da hər zaman işğalçı ölkə olan Ermənistana bir çox maliyyə yardımları göstərib. Həmsədr ölkələrin Ermənistana qarşı belə yardımlar etməsi, işğalçı ölkənin davamlı olaraq, işğal altında olan ərazilərdə möhkəmlənməsini şərtləndidir. Belə olan təqdirdə, sözügedən münaqişənin tənzimlənməsi prosesinin uzanmasına səbəb olur. Təbii ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətində ermənipərəst mövqe özünü göstərir. Demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk Qrupunun fəaliyyəti tamamilə yararsızdır. Əgər Dağlıq Qarabağ probleminin həlli istiqamətində Minsk Qrupunun iş fəaliyyəti belə davam edərsə, onlardan nə isə gözləmək düzgün olmazdır." Politoloqun sözlərinə görə, həmsədrlərin işğalçı ölkəyə loyal davranması, bu münaqişə üçün kifayət qədər qeyri-məqbul bir məqamdır: "Bu isə münaqişənin tənzimlənməsi prosesində irəliyə doğru addımların atılmasını ləngidir. "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartdan yanaşmalarının səbəbi nə ilə bağlıdır" sualına cavab olaraq E.Mirbəşiroğlu bildirdi ki, Rusiyanın işğalçı Ermənistandan alət kimi istifadə etməsi digər ölkələridə bundan çıxış edərək ikili yanaşma nümayiş etdirmələrinə səbəb olub: "Ermənilər çox məkrli xalqdır. Demək olar ki, Ermənistanın vasitəsi ilə regionda qalmaqal salmaq çox asandır. Bu, tarixən belə olub. Tarix boyu Ermənistanı "böyük Ermənistan" xülyası ilə aldatmaq mümkün olub. Bu gün də işğalçı ölkə əvvəlki məntiqlərindən bir addım olsa belə, irəli gedə bilməyib. Hər zaman olduğu kimi, bu gün də Ermənistan həmin xəyalları ilə yaşayır. Ermənilərin xəyallarından da regionda maraqları olan xarici qüvvələr istifadə etməkdədir.

"Ermənistanda narkotik və insan alveri ilə Sarksiyan rejiminin məşğul olması və rəhbərlik etməsi, bunu deməyə əsas verirmi ki, bu hakimiyyət mafiya qanunları ilə idarə olunur" sualına cavabında E.Mirbəşiroğlu dedi: "Ermənistanın hazırkı hakim rejimi, bilavasitə Dağlıq Qarabağ müharibəsinin yetirmələridir. Bütün bu aqresiyanın həmmüəllifləri kimi, onlar qeyri-qanuni fəaliyyətə hər zaman rəhbərlik etmişdir. Burada bir sıra məsələlər aşkar ediləndə, bəlli oldu ki, keçmiş sovet məkanının digər ərazilərində searatizim, ərazi işğalları, təcavüzkarlıq, digər vandal hərəkətlər, artıq dərəcədə mütəşəkkil cinayətkar qruplar və səhra komandirləri qaydasında fəaliyyət aparanlar terror birləşmələrini yaradanlar tərəfindən kerçəkləşdirilibdir".

GÜLYANƏ

Digər xəbərlər