"Keçmişdə hakimiyyətdə təmsil olunan səriştəsiz müxalifətin bir qrup nümayəndəsi "ac toyuq yuxuda darı görən kimi" yenidən hakimiyyətə qayıdacaqlarını xəyal edirlər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Politoloq bildirib ki, onlar öz səriştəsiz və bəzən də dağıdıcı fəaliyyətləri ilə xalqın istəyi ilə qurulmuş milli hakimiyyəti süquta aparıblar: "Sonradan Ulu Öndər Heydər Əliyevə üz tutaraq, çökdürdükləri dövləti xilas etməyi ondan xahiş ediblər. O zaman Tahir Kərimli prinsipial siyasətçi olaraq öz cəbhədaşlarını kəskin tənqid edib. Son zamanlar Tahir Kərimlinin Milli Məclisə seçilməsini qısqanclıqla qarşılayan bir qrup xəyalpərəst Tahir Kərimlinin bu uğuruna xəbisliklə yanaşaraq, ona qarşı əsassız itttihamlar səsləndirərək onu mövqe dəyişdirməkdə suçlayırlar"."Hesab edirəm ki, Tahir Kərimli cəmiyyətdə kifayət qədər düzgün adam və siyasətçi imicini qazanıb. 2-3 nəfərin böhtanları ona qarşı olan münasibəti dəyişməyəcək. Bu qara piarın hər hansı mərkəzdən yönləndirilməsinə də inanmıram, çünki cəmiyyətdə olan münasibət birmənalı və aydındır".
sia.az