PDF Oxu

Siyasət

  • 13

Asim Mollazadə: "Rusiya erməniləri vasitə kimi istifadə edir" AÇIQLAMA

Asim Mollazadə: "Rusiya erməniləri vasitə kimi istifadə edir" AÇIQLAMA

"Rusiya Dövlət Dumasına daxil olan qondarma "erməni soyqrımı"nı inkar edənləri cəzalandırmaq haqda təkliflər ilk növbədə fikir və söz azadlığını məhdudlaşdırmaq deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. O qeyd edib ki, hər bir insanın fərqli düşünmək hüququ var və siyasətçilər tarixçilər deyil: "Tarixi proseslərə tarix kimi baxmaq lazımdır. Onları siyasiləşdirib, söz və fikir azadlığını məhdudlaşdıran qərarlar vermək çox təhlükəlidir".Millət vəkili bildirib ki, tarixi hadisələrdə Rusiya imperiyasının böyük rolu olub: "Ruslar tarix boyu müharibələr zamanı erməni silahlı qüvvələrindən istifadə ediblər. Ermənilər tərəfindən qətlə yetirilən türklərin sayı kifayət qədər çoxdur. Bunu bir sıra ciddi tarixi araşdırmacılar da deyirlər".Partiya sədri vurğulayıb ki, Rusiya Dövlət Duması belə qərar qəbul edərsə, bu, beynəlxalq hüquq normalarına zidd olacaq və demokratiya, söz azadlığını məhdudlaşdıracaq."Təbii ki, bu, Rusiya - Türkiyə münasibətlərinin gərginləşməsindən irəli gəlir. Ancaq bununla yanaşı, tarixən Rusiya bölgədə bütün qarşıdurmalarda erməniləri vasitə kimi istifadə edib"- deyə, millət vəkili əlavə edib.

sia.az

Digər xəbərlər