PDF Oxu

Siyasət

  • 16

““Türk axını”nın reallaşmasında bütün tərəflərin rəyi nəzərə alınmalıdır” AÇIQLAMA

““Türk axını”nın reallaşmasında bütün tərəflərin rəyi nəzərə alınmalıdır” AÇIQLAMA

""Cənub axını" dayandırıldıqdan sonra Rusiya qazının Avropaya nəqli ilə bağlı "Türk axını" layihəsi gündəmə gəldi". Bu fikirləri SİA-ya siyasi ekspert Arzu Nağıyev "Türk axını" layihəsinin reallaşması üçün Rusiyanın müəyyən şərtlər irəli sürməsi məsələsi barədə açıqlamasında deyib. Onun sözlərinə görə, ilk mərhələdə Bolqarıstan buna mane oldu: "Türkiyə-Rusiya gərginliyindən sonra bu layihə dayandırılıb. Burada bir sıra siyasi məsələlər də var. Bu layihə beynəlxalq qaz kəməri kimi Qara dənizin dibi ilə Türkiyəyə çatdırılmalı, sonradan Türkiyə-Yunanıstan sərhədində böyük qaz anbarı tikilməli və ardınca isə qaz Avropaya nəql edilməli idi. Bununla yanaşı Rusiya ərazisində "Cənub axını"ndan da istifadə edilməli idi. Avropanın istəyi odur ki, Rusiya qazı Ukraynada olduğu kimi siyasi problemlərdən asılı olmasın. Bundan başqa həmin qazdan Krasnodar-Krım xəttinin də çəkilməsi nəzərdə tutulurdu. Yəni burada hər addım məhz siyasətlə bağlıdır. Düşünürəm ki, Putin öz bəyanatında bu siyasi məsələləri nəzərdə tutur və Avropanın zəmanətini almaq istəyir. Hazırda isə "Türk axını"nın reallaşması üçün təbii ki, bütün tərəflərin rəyi nəzərə alınmalıdır".

sia.az

Digər xəbərlər