PDF Oxu

Siyasət

  • 18

İqtisad Universitetində YAP GB Ofisinin təqdimatı olub

İqtisad Universitetində YAP GB Ofisinin təqdimatı olub

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin Ofisinin təqdimatı keçirilib.SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Azərbaycan Dövlət İqtisad Universiteti üzrə ərazi ilk partiya təşkilatının sədri, prorektor Mikayıl Zeynalov gənclərlə bu kimi görüşlərin keçirilməsini yüksək qiymətləndirib. Bu görüşlərin bir çox gəncin gələcək həyatında və karyerasında böyük rol oynayacağına inandığını deyən M.Zeynalov hər bir gəncin karyerasının tələbəlik illərindən başladığını söyləyib. O,YAP Gənclər Birliyinin ofisinin gənclərin inkişafında hər cür dəstək və yardım göstərdiyini bildirib.Sonra YAP GB ofisinin rəhbəri, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov tələbələrə ofisin fəaliyyəti haqqında geniş məlumat verib.O, eləcə də YAP gənclərinin beynəlxalq aləmdəki nüfuzu, ölkədaxilində apardığı vətənpərvərlik ruhunun aşılanması istiqamətində görülmüş işlərdən məlumat vermiş və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan danışıb.Ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığının artmasının əhəmiyyətini qeyd edən Ə.Pənahov həmçinin gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində Gənclər Birliyinin mühüm tədbirlər həyata keçirdiyini, onların səmərəli fəaliyyətə cəlb olunduğunu vurğulayıb.Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) koordinatoru Elmar Məmmədov Gənclər Birliyinin fəaliyyəti, strukturu, ofisdə gənclərin könüllü çalışmaları üçün yaradılan şərait haqqında qısa məlumat verib.Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

sia.az

Digər xəbərlər