PDF Oxu

Siyasət

  • 23

"907-ci düzəliş"in müəllifi bu gün də ənənəvi ampluasındadır

"907-ci düzəliş"in müəllifi bu gün də ənənəvi ampluasındadır

Kris Smit həm də ABŞ-ın "erməni soyqırımı"nı tanımasının ən aktiv tərəfdarlarındandır

Ermənipərəst konqresmen kimi tanınan Kristofer Smit Azərbaycana qarşı "907-ci düzəliş"in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Sözügedən "907-ci düzəliş" 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır. K.Smit ABŞ-ın "erməni soyqırımı"nı tanımasının ən aktiv tərəfdarlarındandır. Smit qondarma "soyqırımı"nın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür. K.Smit "erməni soyqırımı" kampaniyasının fəal təşkilatçılarından biri, ardıcıl olaraq Türkiyəyə, türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir; ABŞ Erməni Milli Komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan "Twitter" səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A.Hamparyan qeyd edir ki, onun işini dəstəkləmək üçün Smit ilə görüşür. K.Smitin Azərbaycana "demokratiya qayğısının" arxasında ölkəmiz haqqında "antidemokratik" imic formalaşdırmaq, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə mövqelərini gücləndirmək məqsədi dayanır. K.Smit illərdən bəri dağıdıcı müxalifətin ən sadiq dostu olub. Onun İsa Qəmbər, Rəsul Quliyev, Etibar Məmmədov və digər müxalifət başçıları ilə çoxsaylı görüşləri olub. ABŞ Helsinki Komissiyasına Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı" adlı layihəni Konqresə təqdim edərək qəbul olunmasını istəyən K. Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir. Smit və havadarlarının Azərbaycanda Prezident tərəfindən imzalanması gözlənin Əfv Sərəncamı ərəfəsində fəallığa keçməsi də onların qərəzinin göstəricidir. Lakin qeyd edilməlidir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və bu münasibətlərə K.Smit kimi şəxslərin fəaliyyəti ilə kölgə düşə bilməz. Azərbaycan beynəlxalq antiterror koalisiyasının aktiv üzvüdür, NATO-ya aid hərbi yüklərin Əfqanıstana daşınmasında mühüm tranzit ölkədir. Bu tranzit xüsusən Rusiya - NATO münasibətlərinin pozulması fonunda çox taleyüklü rola malikdir. Azərbaycan beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak edir, əfqan ordusunun təchizatına, təlimlər keçirilməsinə öz töhfəsini verir. Azərbaycan Əfqanıstanın yenidən qurulması, bu ölkədə infrastruktur layihələrin həyata keçirilməsində də fəal iştirakçıdır. Eyni zamanda, ABŞ və Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq mövcuddur. Bu münasibətlərə K.Smitin Konqresə seçilmək maraqları baxımından yanaşılacağı və ya erməni lobbisinin tələblərinə cavab vermək naminə yenindən nəzərdən keçiriləcəyi təqdirdə, itirən tərəfin Azərbaycan olmayacağı ABŞ-da siyasi dairələrə bəllidir, Azərbaycana səfər etmiş yüksək çinli ABŞ münasibətləri ölkəmizin beynəlxalq və regional təhlükəsizliyin təminində, əməkdaşlığın inkişafında, bölgədə davamlı sülhün qorunmasında rolunu həmişə xüsusi qeyd etmişlər.

İ.ƏLİYEV

Digər xəbərlər