PDF Oxu

Siyasət

  • 34

İcraçı direktor: “2015-ci ildə 1000-ə yaxın layihə dəstəklənib” AÇIQLAMA

İcraçı direktor: “2015-ci ildə 1000-ə yaxın layihə dəstəklənib” AÇIQLAMA

"2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən 1000-ə yaxın layihə dəstəkləndi. Bundan başqa 100-ə yaxın gənc xaricə səfər etdi". Bunu SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) icraçı direktoru Fərhad Hacıyev Fondun 2015-ci ildəki uğurları haqqında danışarkən deyib.Onun sözlərinə görə, 2015-ci ildə AzGF tərəfindən dəstəklənən gənclər bir sıra müsabiqələrdə yüksək zirvələrə qalxıblar: "Hətta AzGF Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan keçirilən birinci Avropa Oyunları zamanı Könüllülər proqramının həyata keçirilməsində iştirak etdi. Bizim ən böyük uğurlarımızdan biri də məhz bu layihənin həyata keçirilməsi idi. Bu kimi layihələrimiz bütün Respublikanı əhatə etmişdi. Azərbaycanın hər bir bölgəsində yaşayan gənclər artıq Gənclər Fondunun bir partnyoruna çevrilmişdi. Biz çalışdıq ki, heç bir gənc dövlətin bu imkanından, diqqətindən kənarda qalmasın. Ümid edirik ki, növbəti illərdə də bu tərzdə fəaliyyət göstərəcəyik".

sia.az

Digər xəbərlər