PDF Oxu

Siyasət

  • 27

Politoloq: "Helsinki Komissiyasını erməni lobbisi qidalandırır" AÇIQLAMA

Politoloq: "Helsinki Komissiyasını erməni lobbisi qidalandırır" AÇIQLAMA

"Helsinki Komissiyası öz vəzifəsindən sui-istifadə edir. Bu qurum ictimai sahədə fəaliyyət göstərməlidir. Komissiyanın ermənipərəst sədri Kris Smitin Konqresə təqdim etdiyi qərəzli layihə isə qurumun missiyasına xələl gətirir". Bu fikirləriSİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, ABŞ-la Azərbaycan arasında yüksək əməkdaşlıq və tərəfdaşlıq mövcuddur. Politoloq bildirib ki, bu erməni lobbisinin təsiri ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının istəkləri həyata keçməyəcək: "Azərbaycan ABŞ-la müttəfiqdir və yaxın tərəfdaşdır. İki dövlət birlikdə böyük layihələr həyata keçirib. Üç il öncə Bakıda böyük konfrans keçirildi. Tədbirin şüarı "Gələcəyə baxış" idi. Konfransda səfirlər, konqresmenlər, qubernatorlar, senatorlar, Amerika siyasətinin ağsaqqalları iştirak etdilər. Həmin birgə konfrans çox yüksək səviyyədə keçdi. Konkret məqsədlər qoyuldu ki, iki ölkə arasında əməkdaşlığın formatı genişləndirilsin. Yəni ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Qeyri-hökumət təşkilatı olan Helsinki Komissiyası ermənipərəst siyasətçilərlə birlikdə guya Azərbaycana təsir göstərmək istəyir. Bu isə qətiyyən mümkün deyil. Komissiyanın ermənipərəst rəhbəri Kris Smitin Konqresə təqdim etdiyi layihə isə ciddi qəbul edilməyəcək".T. Abbasov bildirib ki, əgər bu qeyri-hökumət təşkilatı insan haqlarından danışırsa, niyə Azərbaycanın işğala məruz qalmasını, ərazi bütövlüyünün pozulmasını, bir milyondan artıq qaçqın və məcburi köçkünləri görmür, lakin qərəzli olaraq adını hüquq müdafiəçisi qoymuş 1-2 nəfər cinayətkardan danışır: "Bu, əslində siyasi sifarişin təzahürüdür. Helsinki Komissiyasını ideoloji cəhətdən erməni lobbisi qidalandırır. Onlar Azərbaycanın müstəqil siyasətinə zərbə endirmək məqsədi güdürlər. Bu isə qətiyyən alınan deyil".

sia.az

Digər xəbərlər