"ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsi təsir mexanizmidir". BunuSİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.Onun sözlərinə görə, Kris Smitin addımı qeyri-ciddi bir haldır: "Ümid edirəm ki, ABŞ Konqresində də sağlam qüvvələr var və onlar bu cür provokasyon layihələrə dəstək verməyəcəklər. Ümumiyyətlə dünyada 200-dən artıq dövlət var. Bu dövlətlərdəki situasiyanı bütün dünyada çox gözəl bilir. Artıq heçnəyi gizlətmək mümkün deyil. Çünki dünyada informasiya mübadiləsi çox sürətlə həyata keçirilir. Azərbaycanda olan inkişaf, ölkə vətəndaşlarına olan münasibət, hakimiyyətin insan potensialına investisiyası və s. təbii ki, bəzi dövlətlərin xoşuna gəlmir. Məhz bu səbəbdən də ABŞ-da Ermənistan dövləti, eyni zamanda erməni əsilli amerikalıların təzyiqi, onların birbaşa təsiri altında fəaliyyət göstərən konqresmenlər, bəzi qubernatorlar mütəmadi olaraq Azərbaycana qarşı belə provokasiyalarla çıxış ediblər".F.Hacıyev əlavə edib ki, bu provokasiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən iki gün əvvəl oldu: "Təbii ki, bu da bir təzyiq mexanizmidir ki, ölkəmizə təzyiq göstərilsin. Bu gün ABŞ-la Azərbaycanın strateji müttəfiqliyi var. Ölkəmiz bu regionda çox böyük önəm daşıyır. Azərbaycan bütün dünyaya öz münasibətini göstərir".
sia.az