PDF Oxu

Siyasət

  • 20

"İrəli" İctimai Birliyinin 7 illiyi qeyd olunur

"İrəli" İctimai Birliyinin 7 illiyi qeyd olunur

Bu gün Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin təsis edilməsindən 7 il ötür. SİA-nın məlumatına görə, bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib. Açılış mərasimində Prezident Administrasiyasının nümayəndələri, millət vəkilləri, nazirlər, dövlət rəsmiləri və gənclər təşkilatlarının fəalları iştirak ediblər. Tədbirdə "İrəli" İB-nin 6 aylıq hesabatı dinlənilib. "İrəli" İB-nin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək deyib ki, "İrəli" təşkilat olaraq 8 il əvvəl- 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaranıb: "Təşkilatın əsas məqsədi gənclərimizin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və həmin gənclərin fərdi inkişaflarına töhfə verməkdən ibarətdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib. Azərbaycanı beynəlxalq tədbirlərdə uğurla təmsil edən təşkilat ölkə daxilində də müxtəlif layihələr reallaşdırmaqla dövlət, özəl, biznes və media qurumları ilə yaxından əməkdaşlıq edir. "İrəli" İctimai Birliyi yarandığı dövrdən bu günə qədər Azərbaycanın inkişafı üçün həyata keçirilən islahatlarda aktiv iştirak edib. Birliyimiz hər zaman Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin arxasındadır". Birliyin prioritet istiqamətləri haqqında məlumat verən M.Seyidov qeyd edib ki, təşkilatın əsas məqsədlərindən biri gənclərin birbaşa qərar qəbul etmə prosesində iştirakını təmin etməkdir: "Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin gənclərimiz tərəfindən qorunması kimi əsas priotetlərimiz də var. Bu istiqamətlər Azərbaycanda davamlı gənclər siyasətinin həyata keçirilməsində dəstək olmaq üçün qəbul olunub". Xatırladaq ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

sia.az

Digər xəbərlər