PDF Oxu

Siyasət

  • 18

Akif Nağı: “Ermənistan görüntü yaratmaq üçün danışıqlar aparır" AÇIQLAMA

Akif Nağı: “Ermənistan görüntü yaratmaq üçün danışıqlar aparır" AÇIQLAMA

"Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün də heç bir nəticəsi olmadı. Bu görüş daha çox Ermənistan tərəfinin maraqlarına cavab verirdi. Çünki rəsmi İrəvan cəbhə xəttindəki gərginlikdən narahatdır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, rəsmi İrəvan yeni müharibənin alovlanması ehtimalından qorxur: "Təbii ki, Ermənistan dərhal təşviş içərisində reaksiya verdi. Rusiya və ABŞ Ermənistan tərəfinin xahişi ilə cəbhə bölgəsindəki narahatçılıqla bağlı açıqlamalar verdi. Hətta Amerikanın Baş katibi də məsələyə münasibətini bildirdi. Yəni bütövlükdə rəsmi İrəvan burada iki məqsəd güdür. Birincisi, bu görüşlərlə bağlı görüntünün davam etməsidir. İkincisi isə Ermənistan cəbhə bölgəsində gərginliyin artmasından həddindən artıq təlaş keçirir. Bu görüşün Azərbaycan üçün heç bir mənası olmadı. Çünki bu görüşdən dərhal sonra Ermənistan administrasiyasının rəhbəri Viqen Sarkisyan bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində başqa məsələlər müzakirə oluna bilməz. Onun fikrincə əsas məsələ "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququdur". Əgər Ermənistan bu mövqeyində qalırsa, danışıqlar aparılmasının heç bir mənası yoxdur".

sia.az

Digər xəbərlər