PDF Oxu

Siyasət

  • 17

Əli Əhmədov: "Qarşıda yeni inkişafın formalaşması mərhələsi dayanıb"

Əli Əhmədov: "Qarşıda yeni inkişafın formalaşması mərhələsi dayanıb"

Bu gün prezident İlham Əliyevin doğum günü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) "Yeni hədəflər naminə" adlı konfrans keçirir. SİA xəbər verir ki, konfransda çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda son illərdə müşahidə olunan əzəmətli nailiyyətlər noyabrın 1-də keçirilən parlament seçkilərində bir daha özünü göstərdi. Yeni Azərbaycan Partiyasının qalib gəlməsi partiyamızın gücündən xəbər verir. Azərbaycan bundan sonra da inkişaf səviyyəsinə görə artan templə gedəcək. Azərbaycan yeni bir məmləkət, müasir cəmiyyət kimi formalaşıb, dünya birliyində özünə layiqli yer tuta bilib. Qarşıda yeni inkişafın formalaşması kimi bir mərhələ dayanıb".YAP Sədrini müavini Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

sia.az

Digər xəbərlər