PDF Oxu

Siyasət

  • 24

YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının açılışı olub YENİLƏNİR

YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının açılışı olub YENİLƏNİR

Bu gün Yeni Azərbaycan Partiyası ( YAP ) Yasamal rayon təşkilatının yeni inzibati binası istifadəyə verilib. SİA-nın xəbərinə görə, açılış mərasimində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, Milli Məclisin vitse spikerləri Ziyafət Əsgərov, Bahar Muradova, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Əvvəlcə bina ilə tanışlıq olub, partiya haqqında video çarxa baxış keçirilib. Binanın Prezident İlham Əliyevin anadan olması günündə açılmasının rəmzi məna daşıdığını vurğulayan YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov öz təəssüratlarını bölüşüb, yeni bina və burada yaradılmış şəraitdən danışıb.

sia.az

Digər xəbərlər