PDF Oxu

Siyasət

  • 18

Elçin Mirzəbəyli: “Prezident hər zaman medianın arxasındadır” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Prezident hər zaman medianın arxasındadır” AÇIQLAMA

"Mən də bir mətbuat nümayəndəsi kimi cənab Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram. Ölkə başçısı hər zaman Azərbaycan mətbuatına xüsusi qayğı ilə yanaşıb. Prezidentin iki dəfə Jurnalistlərin dostu seçilməsi təsadüfi deyil. Əminəm ki, hər il eyni qaydada sorğu keçirilərsə, yenə də ölkə başçısı Jurnalistlərin dostu kimi ön sırada yer alacaq. Bu, konkret olaraq fəaliyyətdə nəzərə çarpır". BunuSİA-ya "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu günə kimi həyata keçirilən, atılan bütün addımlar bilavasitə müstəqil mətbuatın inkişafına xidmət edib: "Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, Fond tərəfindən həyata keçirilən layihələr, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, qəbul edilən qərarlar, jurnalistlərə mənzillərin verilməsi və artıq yeni binanın inşa olunması, bütövlükdə mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması cənab Prezidentin bilavasitə sərəncamları ilə həyata keçirilən, gerçəkləşdirilən tədbirlərdir. Bu bir daha sübut edir ki, Azərbaycan dövləti, Prezidenti hər zaman medianın arxasındadır, onu müdafiə edir, azad medianın inkişafı istiqamətində mütəmadi olaraq yeni tədbirlərin həyata keçirilməsinə vasitəçi olur, rəhbərlik edir".

sia.az

Digər xəbərlər