"Azərbaycan Prezidenti İlham Əliyevin tək mətbuatla bağlı deyil, bütün sahələrdə gördüyü işlər təqdirəlayiqdir. Təbii ki, görülən işləri sadalamaqla bitməz. Azərbaycanda mətbuatın, medianın, söz azadlığının inkişafı ilə əlaqədar kifayət qədər ciddi uğurlu addımlar atılıb". BunuSİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.Onun sözlərinə görə, hələ zamanında Ümummilli Lider Heydər Əliyev tərəfindən bu addımların, işlərin bünövrəsi qoyulub: "Cənab Prezident İlham Əliyev də çox uğurlu şəkildə bu fəaliyyəti həyata keçirir. Ölkəmizdə mətbuat üzərindən senzuranın aradan götürülməsi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, Azərbaycan Mətbuat Şurasının fəaliyyətinin inkişaf etdirilməsinə göstərilən dəstək, ölkə jurnalistlərinin sosial durumunun inkişafına xüsusi diqqətin ayrılması və s. bunlara nümunə göstərilə bilər. Bildiyiniz kimi, cənab Prezidenti İlham Əliyev tərəfindən 156 jurnalistə mənzillər təqdim olundu. Sevindirici haldır ki, yaxın zamanlarda jurnalistlər üçün inşa olunmuş yeni mənzillər sahiblərinə veriləcək. Azərbaycanda medianın peşəkarlıq tərəfindən inkişafı, texniki dəstək istiqamətində hər il yüksələn xətt üzrə mətbuatımıza böyük dəstək göstərilir. Təbii ki, bütün bunlar da cənab Prezidentin xüsusi diqqət və qayğısından irəli gələn dəstəkdir. Sonda ölkə başçısI İlham Əliyevi ad günü münasibətilə bir daha təbrik edirəm".
sia.az