PDF Oxu

Siyasət

  • 22

Seymur Orucov: “Gənclərimiz Prezidentin ətrafında sıx birləşiblər” AÇIQLAMA

Seymur Orucov: “Gənclərimiz Prezidentin ətrafında sıx birləşiblər” AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi ad günü münasibətilə YAP Gəncləri Birliyinin üzvləri adından təbrik edirik. Dövlət başçısına uzun ömür, can sağlığı, uğur və müvəffəqiyyətlər arzulayırıq". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, ölkə başçısı tək YAP gənclərinin deyil, bütün Azərbaycan xalqının Prezidentidir: "Azərbaycan gəncliyi cənab Prezidentin ətrafında sıx birləşib. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti artıq nümunəyə çevrilib. Xarici dövlətlərdən gələn gənclər təşkilatlarının rəhbərləri, Azərbaycanla əməkdaşlıq edən nümayəndələri, ölkəmizdəki gənclər siyasətini, onun həyata keçirilmə üsulunu, yeniliklərini innovativ tərzdə bitmiş və həyata keçiriləcək layihələri öyrənirlər. Bu da bizim üçün növbəti uğurlardan biridir. Təbii ki, artıq Azərbaycan gəncliyi 1991-1992-ci illərdəki gənclik deyil. Bu gün özünə tam güvənən və kifayət qədər təcrübəsi olan bir gənclik ordusu formalaşıb. Azərbaycan gəncliyinin ən böyük xoşbəxtçiliyindən biri odur ki, ölkə başçısının siyasətində ən prioritet, mühüm istiqamətlərdən biridirlər".

Digər xəbərlər