PDF Oxu

Siyasət

  • 36

Rusiya sessiya iclasında iştirak etməyəcək? AÇIQLAMA

Rusiya sessiya iclasında iştirak etməyəcək? AÇIQLAMA

"Güman etmirəm ki, rəsmi Moskvaya qarşı irəli sürülən sanksiyalar ləğv edilər. Məhz buna görə də Rusiya əleyhinə qəbul edilən sanksiyalar aradan qaldırılmasa, Rusiya nümayəndə heyəti AŞPA-nın 2016-cı il yanvar sessiyasında iştirak etməyəcək". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, rəsmi Moskva əleyhinə qəbul edilən sanksiyalar Ukrayna məsələsi ilə bağlı idi: "Bu istiqamətdə yəni, nə Krımda, nə də Şərqi Ukraynada heç bir dəyişiklik olmadığına görə bu sanksiyalar qüvvədə qaldı. Məhz buna görə də Rusiya bu kimi iclaslara qatılmır. Azərbaycan isə dəfələrlə bu məqamda Avropa siyasətçilərinin diqqətini cəlb edir. Axı niyə Ermənistana qarşı bu sanksiyalar tətbiq edilmir? Ermənistana qarşı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Lakin işğalçı ölkəyə qarşı heç bir sanksiya həyata keçirilmir. Hesab edirəm ki, bu, qurumun aliliyinə ədalətsiz yanaşmadır".

sia.az

Digər xəbərlər