İndiyədək bu istiqamətdə 60-a yaxın Əfv Sərəncamı imzalanıb, 5 mindən artıq vətəndaşımız azadlığa qovuşub
Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində əfv haqqında Fərman imzalayacağı gözlənilir.
Əfv Komissiyasının üzvi, millət vəkili Azay Quliyev bildirib ki, siyahının müəyyən olunması istiqamətində işlər yekunlaşmaq üzrədir: "Hazırladığımız siyahını ölkə başçısına təqdim edəcəyik, Sərəncam vermək isə Prezidentin ixtiyarındadır. Qeyd edim ki, Prezident İlham Əliyev həmişə humanistlik göstərərək, hər bayram bir neçə məhbusu Əfv edərək, onlara yeni bir şans verir".
A.Quliyev onu da bildirib ki, siyahının məhbusların özü və ya qohumlarının müraciəti əsasında hazırlandığını söyləyib: "Biz bütün müraciətlərə baxırıq. Əsas kriteriyalar isə, məhbusun həbsxanada olduğu müddətdə özünün aparma davranışı, hansı cinayətdə adının hallandığıdır. Daha çox az ağır, ağır cinayət törədənlərə üstünlük verilir. Bir də Əfv olunub, yenidən geri dönən, iki və daha çox cinayət törədənlər və həbsxanadan çıxması ilə zərər verdiyi insanın narahatlığına səbəb olarsa, həmin məhbuslar da çox vaxt siyahıya daxil edilmir".
İnsan hüquq və azadlıqlarının qorunmasına xidmət edən humanist siyasət
Məlum faktdır ki, Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Bu baxımdan, ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən biri də demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsidir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən Əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevi Böyük Şəxsiyyət və Lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də o idi ki, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Ulu Öndərin möhkəm təməllər üzərində qurduğu siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də Əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Hər bir vətəndaşın Prezidenti olduğunu tam sübuta yetirmiş Cənab İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmır. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən dövlət başçısı vaxtaşırı əfv sərəncamı imzalayır.
Azərbaycanın daxili və xarici siyasəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir
Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanan və Azərbaycan ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilən Əfv Sərəncamları beynəlxalq səviyyədə də təqdir olunur. Bu, eyni zamanda, Azərbaycanın müsbət beynəlxalq imicinə töhfə verir. Odur ki, demokratik ənənələrin təşəkkül tapdığı, insan hüquqlarının yüksək səviyyədə qorunduğu Azərbaycanın daxili və xarici siyasəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Məhz reallaşdırılan humanizm siyasəti də bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan yola saldığımız 2015-ci ildə dövlət başçısı. Ölkə rəhbərinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə imzalayacağı Sərəncamın da olması gözlənilir.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir-birinin ardınca imzaladığı Əfv Sərəncamları ilə humanizm prinsiplərinə sadiqliyini nümaiyş etdirir. Məhz dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 60-a yaxın Əfv Fərmanının 5 mindən artıq fətəndaşımızın azadlığa buraxılmasını həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq aləmdə çox yüksək dəyərləndirilir. Dövlət başçısı 2003-2013-cü illərdə 3 Amnistiya Aktına imza atıb. 2007-ci ildə 9877, 2009-cu ildə 9564, 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. 2014-cü il oktyabrın 17-də imzalanmş Əfv Sərəncamı ilə daha 84 nəfər azadlığa buraxılıb. Dövlətimizin başçısı daima çıxışlarında Əfv edilmiş və islah olunaraq, azadlığa çıxan məhkumlara qanun pozuntularından, cinayət törətməkdən yayınmağı, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə etmişdir.
Lakin ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsini gözü götürməyən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsindən qışqanclıq hissi keçirən, erməni lobbisi tərəfindən maliyyələşdirilən və onların diktəsi ilə hərəkət edən "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və digər ermənipərəst təşkilatların yalan və qərəzli hesabatlarına artıq inanan yoxdur. Çünki imzalanan Əfv və Aministiya aktları ədalətli və sağlam təməllərə əsaslanan cəmiyyət quruculuğu işini sürətləndirən misilsiz amil kimi dəyərləndirilməlidir.
Bir sözlə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanacağı gözlənilən Əfv Sərəncamı da humanizm siyasətinin növbəti təntənəsi, öz növbəsində dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilməlidir.
RƏFİQƏ KAMALQIZI