PDF Oxu

Siyasət

  • 28

"Sarkisyanı danışdıran havadarlarının mövqeyidir” MÜNASİBƏT

"Sarkisyanı danışdıran havadarlarının mövqeyidir” MÜNASİBƏT

"Sarkisyan bununla bildirmək istəyir ki, 2015-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmayıb və status-kvonu saxlamaq mümkün olub". Bu fikirləri SİA-ya siyasi ekspert Arzu Nağıyev Ermənistan prezidenti Serj Sarkisyanın "2016-cı ildə müsbət nəticələr əldə etməyə çalışacağıq" açıqlamasına münasibət bildirərkən deyib.Siyasi ekspertin sözlərinə görə, bu münaqişənin uzanması və Rusiya kimi havadarının olması Serj Sarkisyanın hakimiyyətdə qalmasına yardımçı olub: "Bundan başqa Ermənistanın KTMT-yə üzv olması və Rusiya-Türkiyə münasibətinin gərginliyi də Ermənistanın xeyrinə olan amildir. Məlumdur ki, Azərbaycan-Ermənistan qarşıdurmasını istər güc tətbiq etməklə sülh yolu ilə, istər hərbi yolla, istərsə də sülh yolu ilə həll etmək olar. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti cənab İlham Əliyev heç Bernə görüşə getməyə də bilərdi. Lakin humanist addım ataraq, beynəlxalq norma və prinsiplərə hörmət olaraq həmin görüş baş tutdu və bir daha Azərbaycan öz mövqeyini ortaya qoydu"."Düşünürəm ki, Sarkisyanı danışdıran havadarlarının mövqeyi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin deklorativ bəyanatlardan o tərəfə keçə bilməməsidir".

sia.az

Digər xəbərlər