Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında hakim Partiya tərəfindən Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər şəxslər iştirak edir.YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bidirib ki, YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir: "Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı var. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar".Tədbir hazırda davam edir.
sia.az