PDF Oxu

Siyasət

  • 22

Azadlığa çıxanlar Prezidentə təşəkkürlərini bildirdilər

Azadlığa çıxanlar Prezidentə təşəkkürlərini bildirdilər

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dekabrın 28-də imzaladığı Əfv Sərəncamına əsasən bu gün Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin Qaradağ rayon ərazisində yerləşən 12, 13, 14 saylı cəzaçəkmə müəssisəsində əfvin icrasına başlanılıb. Buraxılış mərasimində Pentensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov iştirak edib.Belə humanist tədbirlərin hər il həyata keçirildiyini deyən idarə rəisi azadlığa çıxanlara da bir sıra tövsiyyələr verib: "Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində bu, cənab Prezident İlham Əliyev tərəfindən atılan çox gözəl addımdır. İnanıram ki, sizlər birdə yanlışa yol verməyəcəksiniz".Əfv olunanlar isə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirərək, peşman olduqlarını dilə gətirdilər.Qeyd edək ki, Əfv Sərəncamı ümumilikdə 210 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər. Azad edilənlər arasında 3 Böyük Britaniya, 3 Nigeriya, 2 Gürcüstan, 2 Çin, hərəsindən 1 nəfər olmaqla Qazaxıstan, İran, Əfqanıstan, Suriya, Pakistan, Türkiyə, Kamerun və Kamboca vətəndaşları da var.

sia.az

Digər xəbərlər