PDF Oxu

Siyasət

  • 19

Ermənistanın növbəti rüsvayçılığı AÇIQLAMA

Ermənistanın növbəti rüsvayçılığı AÇIQLAMA

Hərbi-ekspert: "Bu, ermənilər tərəfindən dövriyəyə buraxılmış çox ucuz informasiyadır"

"Sosial şəbəkələrdə yayılan erməni əsgərlərinin kürd bayrağına bürünərək dəfn olunması videogörüntülərdə çox dərin məna və məram var. Bunun özü də ermənilərin iç üçünü açıb göstərir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov deyib.Ekspert sözügedən videogörüntülərlə ermənilərin əslində kürdlərə səsləndiklərini qeyd edib. O bildirib ki, ermənilər bu addımlarla guya kürdlərdən olan cavanların belə Azərbaycan ordusu tərəfindən qətlə yetirilməsini önə çıxarırlar: "Həm də özləri özlərini bilərəkdənmi, və yaxud bilməyərəkdənmi rüsvay edirlər ki, onlarda həqiqətən də əsgər çatışmamazlığı mövcuddur. Ona görə də, biz belə məsələlərdə son dərəcə diqqətli olmalıyıq. Bu həm də Ermənistan tərəfinə ünvanlanmalı bir sualldır. Necə olur ki, sənin cəbhədə həlak olmuş əsgərin Ermənsitanın deyil, hansısa başqa bir tanınan və ya tanınmayan qurumun bayrağına bükülür? Hesab edirəm ki, bu ermənilər tərəfindən dövriyəyə buraxılmış çox ucuz informasiyadır".

sia.az

Digər xəbərlər