PDF Oxu

Siyasət

  • 30

Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsinin müzakirəsini istədi

Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsinin müzakirəsini istədi

Milli Məclisin payız sessiyasının son plenar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü deputat Rövşən Rzayev çıxış edib və hazırladığı "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi ilə bağlı danışıb. O, qanun layihəsini ABŞ konqresinə təqdim olunan məlum layihə ilə bağlı hazırladığını qeyd edib. Bildirib ki, layihəni ölkəmizə qarşı tətbiq olunan ikili standartlara, ədalətsizliyə görə hazırlayıb: "Azərbaycan Demokratiya aktı" qanun layihəsinin ABŞ konqresinə verilməsinin kökündə erməni lobbisi, ermənilər dayanır. Bu addımın kökündə dayanan əsas ideya ondan ibarətdir ki, Azərbaycanda insan hüquqları pozulur və ermənilər Azərbaycanda yaşaya bilməzlər. Bu ermənilərin Dağlıq Qarabağla bağlı Muxtariyyət almaları üçün bəhandir. Sual oluna bilər ki, layihənin müəllifini insan hüquqlarının pozulması narahat edirsə, Xocalı faciəsi, ermənilər tərəfindən edilən etnik təmizləməyə qarşı niyə reaksiya verilməyib? Qeyd edim ki, ABŞ-ın özündə insan hüquqları ilə bağlı problemlər mövcuddur və bu qnaun layihəsində əksini tapıb".O, Milli Məclisin sədri Oqtay Əsədovdan qanun layihəsinin komitələrdə müzakirə edilməsi üçün icazə istəyib. Oqtay Əsədov qanun layihəsinin 3 komitədə - Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrində müzakirə edilməsini istəyib.

sia.az

Digər xəbərlər