"Rövşən Razayevin Milli Məclisə təqdim etdiyi ABŞ haqqında qanun layihəsinin mən də tərəfdarıyam. Hər gün bir nəfər erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı məsələ qaldıracaqsa, biz də Milli Məclisdə belə qanun layihələrini götür-qoy etməliyik". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu ün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, erməni lobbisi belə addımlar atamağa çalışsa da, ABŞ Azərbaycanın strateji müttəfiqidir: "Azərbaycan ABŞ-la əməkdaşlığı davam etdirir. Konqresə Azərbaycan haqda təqdim olunan qərəzli layihə sırf ermənipərəst konqresmenin mövqeyidir. Buna reaksiyamızı bildirməliyik. Amma mətbuatda bir çoxları kəskin şəkildə ABŞ-a, ümumilikdə konqresə qarşı mübarizəyə başlayıblar. Bizim qarşılıqlı əməkdaşlığımız var. Orada dostluq qrupu fəaliyyət göstərir. Biz bunları işə salmalıyıq".
sia.az