PDF Oxu

Siyasət

  • 20

İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Dekabrın 27-də Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyində (AKİDER) Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri,Tələt Paşa Komitəsinin İzmir şöbəsinin nümayəndəsi Kevser Külahçıoğlu, Bornova Bələdiyyəsinin keçmiş sədri Çengiz Bulut və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan dərnəyin sədri Asif Qurban bayram münasibətilə dünya azərbaycanlılarını təbrik edib, dərnəyin fəaliyyəti barədə qısa məlumat verib. Dərnəyin sədr müavini Cavid Əliyev isə Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə elan olunan bu günün tarixi ilə bağlı qonaqları məlumatlandırıb.Tədbir iştirakçıları çıxışlarında dünyada baş verən bir sıra mühüm geosiyasi hadisə və proseslər, milli-mədəni inkişaf tendensiyaları, qloballaşmanın nəticələrinə toxunub, türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd ediblər.Tədbirdə həmçinin Türkiyə-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib. Ermənistan tərəfindən tarixin müxtəlif mərhələrində hər iki qardaş xalqa qarşı törədilən soyqırım aktları və onların ağır nəticələri, dünya birliyinin hər iki ölkəyə münasibətində ikili standartlara yol verməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Sonda Çengiz Buluta Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyi tərəfindən Təşəkkürnamə təqdim edilib.

sia.az

Digər xəbərlər