PDF Oxu

Siyasət

  • 24

Mərkəz sədri: “Sarkisyan erməni xalqını psixoloji sakitləşdirmək istəyir” AÇIQLAMA

Mərkəz sədri: “Sarkisyan erməni xalqını psixoloji sakitləşdirmək istəyir” AÇIQLAMA

"Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, 2015-ci ildə uğurlu nəticələr əldə edilmədi, 2016-cı ildə isə gözləntilər çoxdur. Bu, Sarkisyanın daxili ictimai rəyə hesablanmış münasibətidir və erməni xalqını psixoloji sakitləşdirməyə yönəlib". BunuSİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatem Cabbarlı deyib.Onun sözlərinə görə, 2015-ci ildə Ermənistan mütəmadi olaraq atəşkəsi pozub, qoşunların təmas xətti boyunca diversiyalar təşkil edib və hər iki tərəfdən tələfat var: "Ermənistan ictimai rəyi Dağlıq Qarabağ probleminin uzanmasının onların sosial-iqtisadi və siyasi həyatına birbaşa təsir etdiyini bilir. Amma hökumətə təzyiq mexanizmlərinə malik deyillər. Siyasi partiyaların da belə bir təsir mexanizmi yoxdur".H.Cabbarlı bildirib ki, ATƏT-in Minsk qrupu il ərzində bir neçə dəfə bölgəyə səfər etsə də tərəflərə ciddi həll planı təqdim etmədi: "Dekabrda prezidentlərin görüşündən də ciddi bir nəticə alınmadı. Ümumiyyətlə, bölgə və beynəlxalq aləmdə yaşanan hadisələrin dinamizminə diqqət etdikdə 2016-cı ildə təhlükəsizlik mühitinin daha da gərginləşəcəyini ehtimal etmək olar. Belə bir mühitdə Ermənistanın uzlaşmaz mövqeyi səbəbi ilə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində müsbət dəyişikliklərin gözlənməsi mümkün deyildir".O əlavə edib ki, Ermənistanın problemin həll edilməsi istiqamətində belə mənfi mövqe sərgiləməsinin bir digər əsas səbəbi də Minsk qrupu həmsədr dövlətlərinin məsələyə tərəfsiz mövqe nümayiş etdirə bilməmələridir.

sia.az

Digər xəbərlər