PDF Oxu

Siyasət

  • 40

Mahir Abbaszadə: "Əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsidir"

Mahir Abbaszadə: "Əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsidir"

"Ölkəmizdə təcəssümünü tapmış bu cür humanizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Mahir Abbaszadə Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv Sərəncamına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, hələ 1995-ci ildə əfv və amnistiya təsisatlarının bərpa edilməsi, Ombudsman institutunun yaradılması, bunun ardınca cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zaman kəsiyində cəmiyyətə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi: "Bu isə ədalətli və sağlam təməllərə əsaslanan cəmiyyət quruculuğu işini sürətləndirən misilsiz amil kimi dəyərləndirilməlidir. Bu gün özündə yüksək dəyərləri və normaları ehtiva edən humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməkdədir. Təsadüfi deyil ki, səhvindən səmimi peşmançılıq duyan, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən cinayətkarların və məhkumların bağışlanması ilə bağlı bu günədək Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamların nəzərdə tutulmuş qaydada reallaşdırılması isə sözügedən humanizm siyasətinin yüksək səviyyədə həyata keçirilməsini göstərən bariz nümunədir. Bir sözlə, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsini təşkil etməkdədir. Bu, öz növbəsində dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilməlidir".

sia.az

Digər xəbərlər