PDF Oxu

Siyasət

  • 31

İsa Həbibbəyli: "İnsan amilinə diqqət dövlət siyasətinin əsas parametrlərindəndir" MÖVQE

İsa Həbibbəyli: "İnsan amilinə diqqət dövlət siyasətinin əsas parametrlərindəndir" MÖVQE

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində imzalanan sərəncam bir daha göstərir ki, ölkəmizdə insan amilinə diqqət dövlət siyasətinin əsas parametrlərindəndir". Bu fikirləriSİA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv Sərəncamına münasibətini açıqlayarkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarına qarşı hümanist mövqe nümayiş etdirib: "Bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Əfv Fərmanları imzalayıb, bununla da çoxlu sayda insan cəzalarının çəkilməmiş hissəsindən azad olunub, öz ailələrinə qovuşub. Bütün bu Sərəncamların həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində baş verməsi, Novuz bayramı öncəsi və digər bayramlarda baş verməsi Azərbaycan dövlətinin milli mənəvi dəyərlərmizə yanaşmanın göstəricisi kimi dəyərləndirilir. Bu, həm də Azərbaycanın ailə modelinə verilən bir üstünlükdür. Doğrudur, insanlar səhvə yol verərək günah işlədə bilərlər, təbii ki, onlar buna görə öz cəzalarını alırlar. Böyüklük isə ondan ibarətdir ki, onların cəzalarının müəyyən bir hissəsi bağışlanılır. Bu baxımdan, Azərbaycan dövlətinin bu istiqamətdə bu günə qədər atdığı addım bir çox ölkələrə nümunə ola bilər"

sia.az

Digər xəbərlər