PDF Oxu

Siyasət

  • 28

Azər Həsrət: “İrana qarşı ciddi təpkiyə səbəb olacaq”

Azər Həsrət: “İrana qarşı ciddi təpkiyə səbəb olacaq”

"İranın Ermənistan üzərindən Gürcüstana qaz verməsi əslində Gürcüstana yardım etmək deyil". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri, jurnalist Azər Həsrət deyib.Onun sözlərinə görə, İran Rusiya ilə münasibətləri gərgin olan Gürcüstana yardım etməz: "Rusiyanın acığına gələr deyə. Axı İranla Rusiya can bir qəlb iki dövlətdir və həmişə də strateji maraqları üst-üstə düşüb. Ona görə düşünmək olar ki, əsas məqsəd Ermənistana iqtisadi dəstək verməkdir. Bu isə o deməkdir ki, İran bir daha sözdə islam dövləti olduğunu, müsəlman Azərbaycanı işğalçı Ermənistanın ayağına verdiyini nümayiş etdirmək istəyir. Təbii ki, belə bir durum ən azından Azərbaycan ictimai rəyində İrana qarşı ciddi təpkiyə səbəb olacaq. Özəlliklə də ərəb ölkələrilə münasibətlərinin gərgin vaxtında İranın bu gedişi bizdən çox onun özünə zərər vuracaq".

sia.az

Digər xəbərlər