PDF Oxu

Siyasət

  • 19

“Regional siyasi böhranın Azərbaycanda əksini tapması inandırıcı deyil” MÜNASİBƏT

“Regional siyasi böhranın Azərbaycanda əksini tapması inandırıcı deyil” MÜNASİBƏT

"Düşünmürəm ki, bu hadisələr bizə hansısa iqtisadi itkilərlə təsir etsin". Bu fikirləri SİA-ya siyasi ekspert Arzu Nağıyev baş verən ciddi siyasi və iqtisadi böhranın Azərbaycana nə dərəcədə təsir edəcəyi məsələsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Azərbaycan da regionda baş verən bütün hadisələrin istər-istəməz iştirakçısına çevirilir: "İran bizim yaxın qonşumuzdur və milyonlarla həmvətənlərimiz orada yaşayır. Səudiyyə Ərəbistanı isə bizimlə strateji əməkdaş dövlətdir və Ermənistanla diplomatik əlaqəsi mövcud olmayan müsəlman dövlətlərindən biridir. Qarşıdurmalara gəldikdə isə bu tək məzhəb ayrılığı ilə və ya bu səbəbdən yaranan qarşıdurma deyil. Burada iqtisadi və siyasi məsələlər də mühüm rol oynayır. Səudiyyə Ərəbistanı Türkiyəyə 600 yüz milyarddan çox yatırım qoyulması ilə bağlı bəyanat verdi, İran isə sanksiyalardan sonra ilk neftini satdı və gəlir əldə etməyə başladı"."Türkiyə-Rusiya qarşıdurması davam edir və Rusiya İranla müttəfiqdir. Bundan istifadə edən Rusiya barışdırıcı mövqe tutmağa çalışır. Yəni, Səudiyyə Ərəbistanındakı şiə liderinin qətli və əksinə İranda səfirliyin dağıdılması bir bəhanədir. Bundan başqa Səudiyyə Ərəbistanında əsas neft yataqlarının yerləşdiyi ərazilərdə şiələr yaşayır. Bir sözlə regionda baş verən siyasi böhranın balanslı siyasət yürüdən Azıərbaycanda öz əksini tapması inadırıcı görünmür".

sia.az

Digər xəbərlər