PDF Oxu

Siyasət

  • 26

Arzu Nağıyev: “Gürcüstan Azərbaycandan lazımi qədər qaz alır”

Arzu Nağıyev: “Gürcüstan Azərbaycandan lazımi qədər qaz alır”

"İranın Gürcüstana hazırki vəziyyətdə qaz verməsi ümumiyyətlə inandırıcı görünmür. Çünki Gürcüstan Azərbaycandan lazımi qədər qaz alır". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, Gürcüstan Rusiyadan Ermənistana tranzit verilən qaza görə də müəyyən qədər qaz alır: "Təbii ki, belə bir variant alınsa deməli səbəbkarlardan biri Rusiya və onun regionda yeritdiyi siyasətdir. Başqa variantla Azərbaycan qazının verilməsinə mane törədə bilmədiyi üçün bu yolu seçir. Bundan başqa humanizmdən və tolerantlıqdan irəli gələn siyasi motivlərə görə Azərbaycan Gürcüstanın bütün dini ayinlər həyata keçirilən məscid və kilsələrinə qazı təmannasız verir. İstənilən variantda Gürcüstanın bu yolla Azərbaycanla iqtisadi münasibətlərdə müəyyən gərginliyə getməsi inandırıcı deyil, çünki bu gün atılan siyasi addımlar , bir müddət sonra digər mənfi effekt verə bilər".

sia.az

Digər xəbərlər