PDF Oxu

Siyasət

  • 18

Daşınmaz əmlakla bağlı sığorta müqavilələrinin sayı 6,9 faiz artıb

Daşınmaz əmlakla bağlı sığorta müqavilələrinin sayı 6,9 faiz artıb

2015-ci ildə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 4580 sığorta müqaviləsi bağlanıb.İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 330240 manat təşkil edib.2014-cü illə müqayisədə sığorta müqavilələrinin sayında 6,9 faiz artım, sığorta haqlarının məbləğində isə 1,3 faiz azalma müşahidə edilib.Bağlanmış sığorta müqavilələrinin 3555-i hüquqi şəxslərə, 1025-i isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus daşınmaz əmlakla bağlı olub.

AZƏRTAC

Digər xəbərlər