PDF Oxu

Siyasət

  • 29

"Güclü Rusiya Qarabağ torpaqlarını Azərbaycana qaytarmayacaq” AÇIQLAMA

"Güclü Rusiya Qarabağ torpaqlarını Azərbaycana qaytarmayacaq” AÇIQLAMA

"Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Dağlıq Qarabağda mövcud vəziyyətin müharibəyə yol açacağından "qorxduqlarını" bəyan etməsini Azərbaycana təzyiq vasitəsi kimi qəbul etmək lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Politoloq bildirib ki, Dağlıq Qarabağın işğaldan azad olunmasına əngəl törədən tərəfin Rusiya hakimiyyəti olması artıq heç kimə sirr deyil: "Lap dəqiq desək , Qarabağın işğalını həyata keçirən tərəfin Rusiya olması səbəbindən bu regionda baş verən hər hansı insident və qarşıdurma bu ölkə ilə bağlıdır. Bir neçə ildir ki, davamlı olaraq Rusiyanın bəzi qeyri-rəsmi nümayəndələri torpaqların işğaldan azad oluna biləcəyi mesajlarını versələr də, bu istiqamətdə real addımlar atılmayıb. Çox güman ki, torpaqların de-yure qaytarılması qarşılığında Rusiya tərəfinin Azərbaycandan onun dövlət müstəqilliyinə təhlükə yarada biləcək tələblərin istənilməsi dayanır. Azərbaycan iqtidarı isə dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizə xələl gətirəcək heç bir anlaşmaya imza atmayacaqlar. Ancaq hələ də Rusiya hakimiyyəti ümid edir ki, müəyyən manevr və hədələrlə Azərbaycanı təslimçi sülhə imza atmağa məcbur edəcək".Azərbaycan və Ermənistan prezidentlərinin Minsk görüşü planlaşdırılmasını münaqişənin həll olunması üçün edilən cəhd kimi qiymətləndirən Vasif Əfəndiyev bu görüşlərin keçirilməsində ən maraqlı tərəfin Azərbaycan olduğunu söyləsə də, bir nəticə gözləmədiyini deyib: "Münaqişənin həlli 90-cı illərdə olduğu kimi Rusiyanın zəifləməsi şəraitində mümkündür. Görünən isə odur ki, bu proses artıq başlayıb. Güclü Rusiya Qarabağ torpaqlarını Azərbaycana qaytarmayacaq".

sia.az

Digər xəbərlər