"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Azərbaycan haqqında təhqiramiz fikirləri onun ənənəvi olaraq özünü xarici təşkilatlara sırımaq cəhdidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Əli Kərimli indiki şəraitdə yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışır: "Bu onun xarakterinə və yürütdüyü siyasətə də uyğundur. Hər zaman olduğu kimi də onun proqnozları iflasa uğrayıb. Əli Kərimlinin son 16 il ərzində yəni 2000-ci ildən bu yana verdiyi bütün proqnozlara diqqət yetirsək görərik ki, o sadəcə olaraq tutuquşu kimi eyni fikirləri təkrarlayır. Bu adam qaradan başqa heç bir rəng görmür. Bu insanın leksikonunda obyektiv heçnə yoxdur. Ancaq neqativ şeylər mövcuddur. Biz onun son 15-16 il ərzində verdiyi açıqlamalara diqqət yetirsəydik o zaman Azərbaycan çoxdan iflasa uğramalı idi. Beləcə ölkəmiz bu gün dünyanın ən acınacaqlı dövlətlərindən birinə çevrilməli idi. Amma gördüyünüz kimi bu proqnozların heç biri özünü doğrultmayıb. Bu müddət ərzində ölkəmiz kifayət qədər inkişaf edib".E.Mirzəbəyli əlavə edib ki, ağlı, düşüncəsi olan insan başa düşməlidir ki, onun devalivasiya ilə bağlı irəli sürdüyü bütün arqumentlər bilavasitə Azərbaycanın ölkədaxili proseslərlə bağlı olan məsələ deyil: "Bu gün dünyada baş verən prosesləri hər kəs izləyir və beynəlxalq iqtisadi böhranın dünyanın bütün ölkələrinə təsir göstərdiyini görüb, neftin qiyməti ilə bağlı yaranmış vəziyyəti dəyərləndirir və qənaətini ortaya qoyur. Əli Kərimlinin qənaətləri yalnız populist arqumentlərə, əsassız fikirlərə, mülahizələrə söykəndiyi üçün də heç zaman obyektiv olmur".
sia.az