PDF Oxu

Siyasət

  • 24

Gəncə regional elektrik şəbəkəsi yenidən qurulur

Gəncə regional elektrik şəbəkəsi yenidən qurulur

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə "Gəncə" Regional Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan enerji obyektlərində yenidənqurma və təmir işləri yerinə yetirilir."Azərenerji" ASC-dən AZƏRTAC-a bildirilib ki, son üç ayda müəssisənin 330 kilovoltluq (kV) "Ağstafa", 500 kV-lik "Samux" yarımstansiyaları, eyni zamanda "Şəmkir", "Mingəçevir", "Samux" hava xətləri təmir olunub. Analoji işlər 330 kV-lik "Gəncə", "GAZ", 110 kV-lik "Gəncə-1" və "Zəyəm" yarımstansiyalarında və digər elektrik avadanlığında da həyata keçirilib

AZƏRTAC

Digər xəbərlər