PDF Oxu

Siyasət

  • 24

Cümşüd Nuriyev: “Azərbaycanın kiminsə yanında olmasına ehtiyac yoxdur” AÇIQLAMA

Cümşüd Nuriyev: “Azərbaycanın kiminsə yanında olmasına ehtiyac yoxdur” AÇIQLAMA

"Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin demir, kim deyir-desin Azərbaycan 2016-cı ildə müharibə etməyi heç istəmir. Çünki bu gün ölkəmizin iqtisadi problemləri var. İkincisi isə ölkəmiz ərazi bütövlüyünü bərpa etməlidir. Burada müharibədən söhbət gedə bilməz". BunuSİA-ya politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, Rusiya, ABŞ, Avropa istəyir ki, Azərbaycan onun yanında yer alsın: "Amma ölkəmiz müstəqil siyasət yürüdən bir dövlət kimi özü öz yerindədir. Azərbaycanın kiminsə yanında olmasına ehtiyac yoxdur. Çünki biz başqa dövlətlərə eyni hüquqda və səviyyədə yanaşırıq. Təbii ki, biz də onların bizə eynilə belə yanaşmasını tələb edirik. Bu gün Azərbaycanın Qarabağla bağlı qayğıları var. Ölkəmiz özünün ərazi bütövlüyünü bərpa etmək istəyir. Amma Azərbaycan müharibəyə başlamayacaq. İstər Qərb, istər şimal qonşularımız birmənalı şəkildə Azərbaycanda hakimiyyətin dəyişməsində maraqlıdır. Ya onların dedikləri olmalıdır, ya da hakimiyyət dəyişməlidir. Bu müharibə təhdidlərinin arxasında da bu dayanır. Əgər bir ölkənin ərazisində başqa bir ölkənin qoşunu yerləşirsə, o bu qoşunu ərazidən çıxarmalıdır. Buna separatizmə qarşı daxili mübarizə deyilir. Yəni bunun adını müharibə qoymaq olmaz".

sia.az

Digər xəbərlər