PDF Oxu

Siyasət

  • 27

Vüqar Bayramov: “Monitorinqlərin genişləndirilməsinə ehtiyac var” AÇIQLAMA

Vüqar Bayramov: “Monitorinqlərin genişləndirilməsinə ehtiyac var” AÇIQLAMA

"Bu gün ölkəyə gətirilən məhsulların qiymətlərində artımlar baş verir ki, bu da bir mənalı şəkildə qiymətlərə təsir göstərir. Heç şübhəsiz ki, süni şəkildə qiymət artımları da mövcuddur. Süni qiymət artımları vətəndaşların alıcılıq qabiliyyətinə ciddi şəkildə təsir göstərir". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Onun sözlərinə görə, süni qiymət artımları ilə bağlı mübarizənin gücləndirilməsi üçün hər bir məhsul üzrə xərc strukturunun müəyyənləşdirilməsinə ehtiyac var: "Çünki idxal edilən məhsulların xərc strukturunda belə fərqli metodlar mövcuddur. Dollarla olan xərclərin qruplaşdırılması və buna uyğun olaraq da xərc strukturunun müəyyənləşdirilməsinə ehtiyac var. Məhz buna uyğun olaraq da qiymətin artımlarının tənzimlənməsinə ehtiyac var. Yəni ölkəyə gətirilən malların hamısının devalivasiya faizinə uyğun olaraq 50 faiz artırılması doğru deyil. Çünki bu süni qiymət artımıdır. Süni qiymət artımın qarşı mübarizənin gücləndirilməsi üçün həmçinin monitorinqlərin genişləndirilməsinə ehtiyac var. Bununla belə, qanunvericiliyə dəyişikliklərin edilməsi sahibkarlara daha ağır cəzaların tətbiq edilməsinə ehtiyac var ki, manatın devalivasiyasından sahibkarlar istifadə edərək vətəndaşların sosial vəziyyətinin ağırlmaşmasına səbəb olmasınlar".

sia.az

Digər xəbərlər