"İran və Səudiyyə Ərəbistanı arasında yaranan gərginlik iki super dövlətin – ABŞ, Rusiyanın maraqlarına cavab verir və onların təsiri altındadır". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, heç şübhəsiz ki, İran Rusiyanın, Səudiyyə Ərəbistanı isə ABŞ-ın təsiri altındadır: "Təəssüflər olsun ki, hər iki ölkədə də dini bürokratik rejimlər fəaliyyət göstərirlər. İran və Səudiyyə Ərəbistanı arasında olan ziddiyyətlərin kökü çox dərinlərə gedib çıxır. Yəni bölgədə hökmranlıq olanda xüsusilə də müqəddəs yerlərə nəzarət üstündə bu iki dövlət arasında daimi qarşıdurma, ideoloji çarpışma olur. Son hadisələrdə isə təbii ki, Yəmən, Bəhreyn olaylarının təsiri var. Artıq etiraf etmək lazımdır ki, İran bu ölkələrdəki şiələrin guya hüquqlarını təmin edirmiş kimi həmin ölkələrin daxili işlərinə qarışır və hətta rejim dəyişikliyi etməyə çalışır. Təbii ki, Səudiyyə Ərəbistanı da bunun əleyhinə çıxır".
sia.az