PDF Oxu

Siyasət

  • 36

Mərkəzi Bankın qərarı valyutadəyişmə məntəqələrinə necə təsir edəcək? AÇIQLAMA

Mərkəzi Bankın qərarı valyutadəyişmə məntəqələrinə necə təsir edəcək? AÇIQLAMA

Azər Badamov: "Valyutadəyişmə məntəqələrinin həsabatlılığını artırmaqla məzənnələrə nəzarət gücləndiriləcək"

"Yeni qərara görə Azərbaycanda xarici valyutanın nağd alış və satış məzənnələri kommersiya bankları tərəfindən müstəqil şəkildə təyin ediləcək. Amma bu o demək deyil ki, valyutadəyişmə məntəqələri öz başına istədiyi məzənnə qoyub əməliyyatlar həyata keçirəcək". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Millət vəkili qeyd edib ki, ölkədə Mərkəzi Bank xarici valyuta məzənnələrinin yuxarı və aşağı həddini müəyyənləşdirir: "Kommersiya bankları isə yalnız həmin hüdud dairəsində hərəkət etməlidir. Yeni qərarla valyutadəyişmə məntəqələrinin həsabatlılığını artırmaqla məzənnələrə nəzarət gücləndiriləcək və məsuliyyət daha da artırılacaq. Düşünürəm ki,ümumuiyyətlə valyuta mübadiləsini birbaşa banklar rəsmi qaydada aparsa daha yaxşı olar.Yəni, xarici valyuta alan vətəndaşın şəxsiyyət vəsiqəsini qeydiyyata almaqla mübadilə əməliyyatının həyata keçirilməsi daha effektli olar. Bu da valyuta mübadiləsini aparan işbazların qarşısının alınmasına gətirib çıxara bilər".Azər Badamov həmçinin onu da əlavə edib ki, Almaniya kimi inkişaf etmiş bir ölkədə 1 nəfərə gündə 1000 dollardan artıq vəsaitin mübadiləsinə icazə verilmir: "Xarici ölkələrin praktikasından çıxış etsək Mərkəzi Bankın bu qərarını olduqca normal dəyərləndirməliyik. Hansısa limitin tətbiq edilməsi birbaşa xarici valyutanın sünni şəkildə məzənnəsinin artırılmasının qarşısını alacaq və manatın sabitləşməsinə gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər