PDF Oxu

Siyasət

  • 29

Söyün Sadıqov erməniləri dəstəkləməkdə davam edir

Söyün Sadıqov erməniləri dəstəkləməkdə davam edir

Rusiyadakı azərbaycanlı diasor nümayəndələri "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılmasına etiraz etdiklərinə görə təzyiqlərlə üzləşiblər. Rusiyadakı diaspor nümayəndələrinin məlumatına görə, ötən ilin dekabrında diaspor təşkilatlarının bir qrup nümayəndəsi Dövlət Dumasının spikeri Sergey Narışkinə müraciət edərək, həmin qanun layihəsinin müzakirəyə çıxarılmasından narahatlıqlarını ifadə ediblər. Müraciətdə deyilirdi ki, belə qanunun qəbulu ifadə azadlıqlarına ziddir və qanunun qəbul ediləcəyi təqdirdə, azərbaycanlı diaspor təşkilatları beynəlxalq instansiyalara müraciət edəcəklər. Müraciətin altına Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının 30 nümayəndəsi, o cümlədən "AzərRos"un keçmiş rəhbəri Söyün Sadıqov şəxsən regionlardakı diaspor rəhbərlərinə zəng edib və tələb edib ki, Narışkinə müraciəti imzalamasınlar. Görünür, S.Sadıqov kimiləri özlərinin biznesini zərbə altında qoymamaq üçün erməni qanununun qəbuluna etiraz edənlərə təzyiqlərə qoşulublar. Bütün bunlar Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarında hansı acınacaqlı vəziyyətin hökm sürdüyünü bir daha göstərir.

Söyün Sadıqov ermənilərin yaxın dosudur

Söyün Sadıqovun dələduz əməlləri, ermənipərəst olması və bununla yanaşı, ölkəmizə və xalqımıza olan nifrətini təsdiqləyən kifayət qədər faktlar mövcuddur. Bu faktlar onu deməyə əsas verir ki, bu insanın azərbaycanlılarla bağlı fikirlərinin, verdiyi vədlərin heç bir əsası yoxdur. Rusiyada yaradılmış "Şəhriyar" cəmiyyətində fəaliyyət göstərən azərbaycanlı Aslan Osmanovun verdiyi məlumata görə, S.Sadıqovun tabeçiliyində işləyən zaman o, 6 ay əmək haqqı ala bilməyib və bunun səbəbkarı S.Sadıqov olub. Belə ki, S.Sadıqov onun maaşını verməməklə bərabər, onu haqsız yerə işdən kənarlaşdırıb. A.Osmanov ondan əmək haqqı tələb edərkən, S.Sadıqov onu işdən qovub.

Həmçinin, o da bildirilir ki, Rusiyada yaşayan erməni biznesmenlər Abram və Muşnıkyonla sıx əlaqələri olan S.Sadıqov onlarla bərabər anti-Azərbaycan fəaliyyəti ilə məşğul olur. Adlarını çəkdiyimiz bu erməni biznesmenlər ermənilərin işğalçılıq siyasətinə külli miqdarda sərmayə yatırıb və bu gün də Azərbaycanın əleyhinə çox güclü təbliğatla məşğul olurlar. Belə insanların əleyhimizə olan təbliğatlarına qoşulan S.Sadıqov həm də onlara maddi dəstək göstərir. Azərbaycanın suyu, havası haram olsun belə insanlara.

R.HÜSEYNOVA

Digər xəbərlər