2015-ci ildə ABŞ, İtaliya, Almaniya və Türkiyədən olan 6 müəllif və ekspert Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan formatlarının ayrı-ayrı aktual aspektlərini tədqiq ediblər. Tədqiqatların nəticəsində Azərbaycanın üçtərəfli xarici siyasətinin müxtəlif formatlarına dair məqalə və hesabatları dərc edilib. Bu mövzuların Azərbaycan Respublikasının milli maraqları üçün aktuallığını nəzərə alaraq, Strateji Araşdırmalar Mərkəzi (SAM) "Azərbaycan xarici siyasətinin üçtərəfli istiqaməti" (Trialateral dimension of Azerbaijan’s foreign policy) adlı kitab nəşr edib.Hesabatlarda Azərbaycan Respublikası üçtərəfli formatların əsas təşəbbüskarı və iştirakçısı kimi təqdim olunmuş, onun çox mürəkkəb geosiyasi şərait və beynəlxalq münasibətlər fonunda xarici siyasəti ilə geniş Avrasiya coğrafi məkanında sülhün, sabitliyin və təhlükəsizliyin təminində, iqtisadi inkişafın və ticarət əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolu işıqlandırılmışdır.Toplunun redaktorları Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və mərkəzin elmi işçisi Fuad Çıraqovdur.
sia.az