PDF Oxu

Siyasət

  • 18

“Uorlik münaqişənin həllində pozitiv fon yaratmağa çalışır” AÇIQLAMA

“Uorlik münaqişənin həllində pozitiv fon yaratmağa çalışır” AÇIQLAMA

"Vaxtaşırı ümidverici bəyanat və vədlər verməklə Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv fon yaratmağa çalışır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Onun sözlərinə görə, amerikalı həmsədr Azərbaycana təlqin edir ki, Minsk qrupuna alternativ yoxdur: "Vəziyyətə diqqətlə yanaşdıqda göz önündə isə tam əks mənzərə yaranır. Əvvəla, siyasi nizamasalma prosesini tam dalana dirənmiş kimi səciyyələndirmək olar. Faktik olaraq tənzimləmə prosesi təsadüflər amili ilə müşahidə olunur".Politoloq bildirib ki, Prezidentlərin Bern görüşündən sonra həmsədrlər nikbin yanaşma sərgiləyib bildirdilər ki, guya təmas xətti boyunca baş verən insidentlərin qarşısını almaqdan ötrü nəzarət mexanizminin yaranması real görünür: "Eləcə də vasitəçiliklə məşğul olan diplomatlar bildirdilər ki, nizamasalma prosesində dönüşün yaranmasına imkanlar yarana biləcək. Reallıqda isə heç nə dəyişilmir. Bern görüşündən dərhal sonra da Ermənistan sərhədlərdə atəşkəsi rejimini intensiv şəkildə pozmaqda davam etdi. Yəni, münaqişəni törətmiş işğalçı ölkə dağıdıcı kursundan əl çəkmir. Hər gün erməni təxribatları müxtəlif nöqtələrdə baş verir və bu ondan xəbər verir ki, rəsmi İrəvan nizamasalma prosesini hədəfə alıb ki, onu birdəfəlik iflic etsin. Belə fonda hansısa müsbət dönüşdən danışmaq ən azı mənasızdır. Əgər baş verənlər, real vəziyyət erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasın dəlalət etmirsə, onda necə Qarabağ münaqişəsinin həllini proqnozlaşdırmaq olar? Əlbəttə ki, xülyalara qapılıb bunu təxmin etmək mümkündür. Reallıq isə tərsmütənasib vəziyyəti canlandırır".

sia.az

Digər xəbərlər