PDF Oxu

Siyasət

  • 17

Rövşən Rzayev: “Uğurlu siyasət nəticəsində münaqişə öz həllini tapacaq” AÇIQLAMA

Rövşən Rzayev: “Uğurlu siyasət nəticəsində münaqişə öz həllini tapacaq” AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin 2016-cı ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm il olacağı ilə bağlı söylədikləri reallığı əks etdirir". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, bizlər Azərbaycanın ərazi bütövlüyünün hər an təmin olunmasını gözləyirik: "Təbii ki, bu istiqamətdə də mühüm işlər aparılır. Ona görə də hər an gözləmək olar ki, həqiqətən də Azərbaycan öz ərazi bütövlüyü problemini həll edə bilsin. Yəni bu, mümkün olan məsələlərdir. Rəsmi Bakı sülh yolu ilə özünün ərazi bütövlüyünün təmin edilməsində maraqlıdır. Məhz buna görə də ölkəmiz bütün imkanlarından istifadə edir və edəcək də. Cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bu münaqişə öz həllini tapacaq".Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 2016-cı ildə fəaliyyətimizi intensivləşdirməliyik. Tərəflər buna hazır olduqlarını bildirirlər. İndi deyilsə, bəs nə zaman?".

sia.az

Digər xəbərlər