"Ümumiyyətlə sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin və digərlərinin dolların qalxmasından sonra ölkəni qərəzli şəkildə göstərməsi və ictimaiyyət arasında çaşqınlıq yaratması yolverilməzdir". Bunu SİA Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.Onun sözlərinə görə, heç kim istəmir ki, ölkədə toqquşma, xaos baş versin: "Əgər bu halları istəyən varsa deməli onlar öz xalqını, dövlətini istəmir. Bizlər müxalifətin bir illik hakimiyyətləri dövründə də onların hansı demokratiyadan dəm vurduqlarını gördük və şahidi olduq. Bu insanlar redaksiyalara gəlib jurnalistləri döyürdülər. Hətta onlar parlamentdə deputatları belə döyməkdən əl çəkmirdirlər. Bir illik hakimiyyətləri dövründə ölkə iqtisadiyyatı tamamilə çökmüşdü. Hətta onlar hakimiyyəti qoyub qaçanda dövlət büdcəsində bir manat da olsa pul yox idi. Axı indi onlar nə haqla ölkədə demokratiyanın olmamasından, Azərbaycanın iflasa doğru yuvranlanmasından söhbə edirlər?".
sia.az