PDF Oxu

Siyasət

  • 34

Səfir: “NATO sammitinin keçirilməsi planlaşdırılır”

Səfir: “NATO sammitinin keçirilməsi planlaşdırılır”

"Bu ilin iyulunda NATO sammitinin keçirilməsi planlaşdırılır. Ümid edirik ki, Prezident İlham Əliyev də bu il Varşavada keçiriləcək sammitdə iştirak edəcək". SİA-nın məlumatına görə, bunu bu gün Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Bakıdakı rezident əlaqələndiricisi Kristian Çiobanu deyib.Onun sözlərinə görə, Azərbaycanla NATO arasında münasibətlər uğurla inkişaf edir: "Bu əməkdaşlıq strateji əhəmiyyətə malikdir. Bizim səfirliyin NATO Azərbaycan məktəbi və Azərbaycan Xarici İşlər Nazirliyi ilə çox yaxşı münasibətləri var. Bu ilin iyulunda NATO sammitinin keçirilməsi planlaşdırılır. Ötən sammitlərdə biz Azərbaycan Prezidenti İlham Əliyevi görməkdən çox məmnun olduq. Bu, çox vacib sammitdir. Bildiyimiz kimi, beynəlxalq təhlükəsizlik hər gün daha çox əhəmiyyət kəsb edir. Azərbaycan və NATO bu sahədə əməkdaşlıq edir".

sia.az

Digər xəbərlər