PDF Oxu

Siyasət

  • 26

Bahar Muradova: ""SƏS" qəzeti 25 yaşını böyük nailiyyətlərlə qeyd edir" MÖVQE

Bahar Muradova: ""SƏS" qəzeti 25 yaşını böyük nailiyyətlərlə qeyd edir" MÖVQE

"Azərbaycanın müstəqillik tarixində özünəməxsus yer tutan "SƏS" qəzetinin kollektivini 25 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. "SƏS" qəzeti Azərbaycan mediası ilə birlikdə və eyni zamanda ayrılıqda özünəməxsus inkişaf yolu keçib. Medianın cəmiyyət həyatındakı rolunun artırılması işində Azərbaycan dövlətinin yürütdüyü siyasətin həm təbliğatçısı, həm təşviqatçısı, həm də o siyasətin obyekti olub". Bunu Milli Məclisin vitse-spikeri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova "SƏS" qəzetinin 25 illik yubileyi ilə bağlı fikirlərini bölüşərkən deyib.Bahar Muradova qeyd edib ki, "SƏS" qəzeti yarandığı gündən müstəqilliyimizin bərpa olunması, Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması, cəmiyyətimizin inkişaf etməsi, ölkənin sosial-iqtisadi inkişafı, dünyada özünə yer tutması istiqamətində aparılan fəaliyyətin bir nömrəli təbliğatçılarındandır: "Hesab edirəm ki, qəzet bu işin öhdəsindən ləyaqətlə, vicdanla, məsuliyyətlə gəlib. Bu gün 25 yaşını "SƏS" böyük nailiyyətlərlə qeyd edir. "SƏS" qəzeti təkcə Yeni Azərbaycan Partiyasının qurucusu və yaradıcı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ərəfəsində olan dönəmlərdə fəaliyyəti ilə deyil, həmçinin də Onun hakimiyyətdə olduğu illərin hər gününün, hər anının işıqlandırılması, bu fəaliyyətin səlnaməsinin yazılması işinə də öz tövhəsini verib. Bir çoxlarının Heydər Əliyevin adını çəkməkdən qorxduğu, çəkindiyi, hansısa fəaliyyəti özlərinə məqbul hesab etmədiyi dönəmdə yalnız "SƏS" qəzeti heç nədən qorxmayaraq, bütün təhlükələri göz önünə alaraq Heydər Əliyev şəxsiyyəti haqqında yazılarla, məqalələrlə çıxış edib. Yaradıcı bir qurum olaraq sözün, qələmin daim həqiqətə və obyektivliyə xidmət etməsi işində digərlərinə nümunə göstərib. Bilirik ki, "SƏS" qəzetinin kollektivi bütünlükdə Yeni Azərbaycan Partiyasının üzvləridir. Onlar həm yeni Azərbaycan qurmaq yolunda, həm də Yeni Azərbaycan Partiyasının gördüyü işləri təbliğ etmək istiqamətində əvəzsiz rola malikdirlər. Bu baxımdan da düşünürəm ki, "SƏS" qəzeti Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olmasa belə, onun rəsmi orqanı qədər partiya ilə birlikdə yeni Azərbaycanın quruculuğunda müstəsna xidmətlər göstərib. Bu qəzetdə çalışan insanlar həddindən artıq fədakar, dövlətinə, xalqına bağlı, Liderini sevən insanlardır. Kollektivdə çalışan hər bir "SƏS"çini təbrik edir, onlara hər zaman peşələrində möhkəm olmağı, cəsarətli olmağı azrulayıram".

sia.az

Digər xəbərlər