"Zəlimxan Yaqub gözəl söz-saz ustadı olmaqla yanaşı, həm də gözəl deputat idi". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.Onun sözlərinə görə, Zəlimxan Yaqub hərtərəfli bir insan idi: "Bu böyük insan haqqında çoxlu dəyərli fikirlər söyləmək olar. Bildiyiniz kimi, Zəlimxan Yaqub iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub (1995-2005-ci illər). Biz onunla həmkar kimi çiyin-çiyinə çalışmışıq. O deputat kimi ibrətamiz fəaliyyəti ilə seçilib. Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatının, aşıq poeziyasının böyük simalarından biri idi".
sia.az